Xəbər - Elçin Mehdiyev – Trend:
Gəncə Apellyasiya Məhkəməsinə iki yeni hakimin təyin olunması təklif edilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisə daxil olan “Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” sənəddə öz əksini tapıb.
Sənədə əsasən, Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynov Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunması təklif edilir.
Təklif edilir ki, Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakmi vəzifəsindən azad olunsun.
Sənədin parlamentin növbəti plenar iclaslarında müzakirəyə çıxarılması gözlənilir.