Gənc yelkənçilərin bulvarda yarışı başladı

Gənc yelkənçilərin bulvarda yarışı başladı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Yelkənli İdman Federasiyasının (SFA), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun birgə təşkilatçılığı ilə təşkil olunan “Baku Sailing Regatta-2023” bu gün başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat yayıb.

Məlumata əsasən, yarışa saat 12:00-da start verilib.

Ümumilikdə, 39 yelkənçinin iştirak edəcəyi yarışda idmançılar altı sinif (“Optimist”, “Optimist Qızlar”, “Optimist Junior”, “ILCA 4”, “ILCA 6”, “ILCA 7”) üzrə mübarizə aparacaqlar. Yarışa mayın 28-i yekun vurulacaq.

Qeyd edək ki, Regatta “Xəzər bizi səsləyir” devizi ilə Bakı buxtasında (Yaxt klub ərazisində) təşkil edilib.

Teqlər: