Gənc qızı doğum günü avtomobil vurdu

Gənc qızı doğum günü avtomobil vurdu

Bakının Binəqədi rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, avtomobil 7-ci mikrorayon ərazisində yolu keçən 1997-ci il təvəllüdlü İnci Valeh qızı Ağayevanı avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, İ.Ağayevanın bu gün doğum günüdür.

Hadisənin təfərrüatı araşdırılır.

Teqlər: