Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

Gənc qadınlar Azercell-in dəstəyilə startap qurur

“Her Improvement” layihəsinin birinci mərhələsi sona çatdı

“Azercell Telekom” MMC-in qadınların texnologiya və biznes sahəsində biliklərinin artırılmasına və startap ideyalarının inkişafına yönəlmiş proqramın birinci mərhələsi yekunlaşıb. Ölkənin lider mobil operatorunun “FemTech” şirkətinin tərəfdaşlığı ilə “Her Improvement” layihəsi çərçivəsində iştirakçılar Rəqəmsal məhsullar, Blokçeyn, NFT, Ağıllı şəhər-kənd, Müasir texnologiyalar veb 3, Startapların günümüzdə rolu mövzularını əhatə edən təlimlər keçiblər. Qeyd edək ki, təlimçilər arasında Azercell şirkətinin əməkdaşları da yer alır.

Hazırda yeniliyə açıq, öyrənmə həvəsli və startap ideyası olan gənc qadınlardan ibarət 5 komandanın təqdim etdiyi məhsulun doğru istiqamətləndirilməsi, formalaşması və təkmilləşməsi üzərində iş gedir.

2023-cü ilin may ayınadək davam edəcək proqramda xanımlar proqramlaşdırma dərslərində iştirak edəcək, peşəkar mentorlarla, yerli və beynəlxalq bazarda real təcrübəsi olan İnformasiya Texnologiyaları (İT) liderləri və startap təsisçiləri ilə görüşəcəklər. Layihə çərçivəsində iştirakçılar startap ideyalarının inkişafı üçün inkubasiya proqramını keçmək, öyrəndiklərini praktiki olaraq icra etmək, professional əlaqələr qurmaq imkanı əldə edəcəklər.

Teqlər: