Gənc qadını cərəyan vurdu, vəziyyəti ağırdır

Gənc qadını cərəyan vurdu, vəziyyəti ağırdır

Qazax rayonunda gənc qadını ehtiyatsızlıqdan elektrik cərəyanı vurub.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 1995-ci il təvəllüdlü G.Salayeva yaşadığı evdə ehtiyatsızlıqdan elektrik xəttinə toxunduğu üçün onu cərəyan vurub.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: