Gənc MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə həyata keçirilmiş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan universitetlərində təhsil alan Türkiyədən olan tələbələrlə görüşüb.
AzerTimes-ın məlumatına görə, görüşdə bildirilib ki, Türkiyədən 3000-ə yaxın tələbə Azərbaycanda təhsil almaqdadır.
Səfir tələbələrin üzləşdikləri çətinlikləri dinləyərək, eləcə də onların təkliflərini nəzərə alaraq lazımi göstərişlər verib.
Sonda yaxın zamanda ikinci görüşün də keçirilməsi qərarı verilib.