Gənc müğənni Aygün Ağayeva öz tərcümeyi halı barədə məlumat verdi

Gənc, tanınmış müğənni Aygün Ağayeva öz pərəstişkarlarının onun haqqında öyrənmək istəklərini bildirdi və öz tərcümeyi halı haqqında AzerTimes-a məlumat verdi.

Həmin məlumatları sizə təqdim edirik.

Həyatı:
Ağayeva Aygün Rəfail qızı 1988-ci il noyabr ayının 25-də Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur.
1995-2006 ci illər Respublika İncəsənət Gimnaziyasının fortepiano və aktyorluq sinfində təhsil almışdır. Aktyorluq sənətini mərhum sənətkar Xalq artisti Yaşar Nuridən və xalq artisti, rejissor Vaqif Əsədovdan dərs almışdır.
Dövlət Uşaq Filarmoniyasının Fərəh rəqs ansamblında xalq artisti Etibar Zeynalovdan 11 il milli rəqs dərsləri almışdır.

2006-2010 cu illər Azərbaycan İctimai-Siyasi Universitetinin ingilis dili ədəbiyyatı fakultəsində təhsil almışdır.

Ailəsi:
Atası Ağayev Rəfail Qnyaz oğlu fərdi sahibkardır.
Anası Ağayeva Nərminə Cəfər qızı evdar qadındır.

Şəxsi həyatı:
Subaydır. Övladı yoxdur.

Karyerası:
İlk dəfə 2006-cı ildə Azəri Star Prodakşnın “Sınaq” şousunda iştirak etmişdir.

İlk ifa etdiyi mahnı, 2009-cu ildə nəğməkar şairə Zemfira Əlişqızının “Gecələr” mahnısı olmuşdur.

2019-cu ildə “Yalan”, 2020-ci ildə “Bilsin bütün aləm”, 2020-ci ildə “Mən ona inanıram” adı mahnıları populyarlıq qazandırmışdır.

2007-ci ildən professional solo karyerasına başlamışdır. 2009-2019-cu illər “Aygün və Orkestrası” adlı ansamblın solisti olmuşdur. Ansambl Azərbaycanda ilk türk sənət musiqisi, pop, rok, arabesk ifa edən ansambl və solist müğənnisi olmuşdur.

2009-cu ildə ilk “Gecələr” adlı albomunu buraxmışdır.

Uzun illərdir dövlət tədbirlərində iştirak etmişdir. Uşaq və qocalar evlərində, əlillər pansionatlarında, həbsxanalarda, hərbi hissələrdə konsertlər vermişdir.
Heydər Əliyev adına Respublika Sarayının müğənni üzvüdür.

Albomları:
Gecələr (2015)
Yox xəbərin (2021)

Mahnıları:
Gecələr (2009)
İnanmıram sənə (2013)
Sən və mən (2014)
Səma dəniz, bir də mən (2015)
Yana-yana (2015)
Almıram vecimə (2015)
Get (2016)
İdmanda (2016)
Seni seven öldü (2017)
Şərəfsiz (2017)
Yerin var (2018)
Bu dünyada (2018)
Məndən danışır (2018)
Heç bunu Allah da götürməz (2018)
İkimiz (2019)
Yalan (2019)
Ayrıldıq (2020)
Bilsin bütün aləm (2020)
Mən ona inanıram (2020)
Uzaqlarda yaşayaq (2020)
Dağlıq Qarabağ (2020)
Qarabağ popurisi (2020)
Mən qaçqın deyiləm (2020)
Pulla almaq olmaz (2020)
Getdin (2021)
Azar-azar (2021)
Qardaşlıq himni (2021)
Can şəhidim (2021)
Yaralı əsgər (2021)
Sevəydin barı (2021)
Yox xəbərin (2021)
İki dəqiqədən bir (2021)

Müğənni leybl olaraq, 2021-ci ildə “AzSound PRO” şirkətini seçmişdir. Hal-hazırda fəaliyyətini davam etdirməkdədir.

Teqlər: