Gənc Diplomatlar Birliyi, “ALEF” Yəhudi Gənclər Təşkilatı və “Azİz” nümayəndə heyəti Şuşaya səfər edib (FOTO)

24 fevral 2022-ci il tarixində Azərbaycan Gənc Diplomatlar
Birliyi, Rusiyanın “ALEF” Yəhudi Gənclər Təşkilatı və
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının “Azİz” birgə
nümayəndə heyəti 28 illik erməni işğalından azad edilmiş
Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edib.

Nümayəndə heyətinə Azərbaycan Gənc Diplomatlar Birliyinin baş
katibi və “ALEF”-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri
Əlibaşir Əliyev, Azərbaycan Gənc Diplomatlar Birliyinin Qarabağ
Regional Bölməsinin rəhbəri Emil Qasımov və Azərbaycan Gənc
Diplomatlar Birliyinin İsraildəki nümayəndəliyinin rəhbəri, eləcədə
Azərbayca-İsrail Beynəlxalq Assosiasiyasının gənclər təşkilatının
üzvü Rafael Nəbizadə. Səfər zamanı nümayəndə heyətinin üzvləri Şuşa
şəhərinin mədəni-tarixi yerləri ilə tanış olublar, xüsusilə Şuşa
qalası, Cızır düzü yaylası, erməni vandalları tərəfindən atəşə
tutulmuş Üzeyir Hacıbəyovun, Bülbülün və Natəvanın büstləri, Molla
Pənah Vaqifin məqbərəsi, Bülbülün ev-muzeyi, məşhur Qarabağ
mehmanxanası, Gövxar ağa məscidi və s.

Əlibaşir Əliyev qədim Azərbaycan şəhəri Şuşanın tezliklə bərpası
və abadlaşdırılmasına əminliyini ifadə edib, bu prosesdə Heydər
Əliyev Fondunun və şəxsən Azərbaycanın Birinci Vitse-Prezidenti
Mehriban xanım Əliyevanın ən mühüm rolunu qeyd edib. Bildirilib ki,
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə
Azərbaycan ordusu unikal Şuşa əməliyyatı keçirərək şəhəri azad
edib. İndi isə bu müqəddəs torpaqlarda sülhün, quruculuğun və
inkişafın vaxtı çatıb.

Emil Qasımov yaxın vaxtlarda Azərbaycan Gənc Diplomatlar
Birliyinin Qarabağ Regional Bölməsinin Ağcabədi şəhərindən Şuşa
şəhərinə köçürüləcəyini açıqlayıb. Bu, Şuşada müxtəlif tədbirlərin,
o cümlədən beynəlxalq konfransların təşkilinə və keçirilməsinə
töhfə verəcək. O, həmçinin əlavə edib ki, Qarabağ sürətlə bərpa
olunan və uğurla inkişaf edən region kimi bütün dünyaya nümunə
olacaq.

Öz növbəsində, Rafael Nəbizadə Qarabağın bərpasında
Azərbaycan-İsrail münasibətlərinin mühüm rolunu qeyd edib. İsrail
şirkətləri bu prosesdə fəal iştirak edirlər. O, həmçinin ümid
etdiyini bildirib ki, İsrailli gənclər və tələbələr tezliklə
Qarabağa səfər edə və gələcəkdə bu regionun inkişafına sərmayə qoya
biləcəklər. Azərbaycan Gənc Diplomatlar Birliyinin İsraildəki
nümayəndəliyinin rəhbəri və Azərbayca-İsrail Beynəlxalq
Assosiasiyasının “Azİz” gənclər təşkilatının üzvü kimi Rafael
Nəbizadə buna öz töhfəsini verəcəyini bildirib.

Səfərin sonunda nümayəndə heyəti bütün Azərbaycan Şəhidlərinin
əziz xatirəsini ehtiramla yad edib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qarabağ
Azərbaycandır!

Teqlər: