Gənc batutçularımızdan bu dəfə 1 dəst medal

Batut gimnastikası üzrə 5-12 aprel tarixlərində onlayn keçirilmiş “Trampoline Hopes Cup” adlı beynəlxalq turnirin nəticələri bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından AzerTimes-a verilən məlumata görə, bu yarışda ölkəmizi 11-12 yaş qrupunda Ammar Baxşalıyev, 13-14 yaş qrupunda Maqsud Mahsudov və Hüseyn Abbasov, böyüklər arasında isə Selcan Mahsudova təmsil edib. Perspektivli batutçularımız 20 ölkədən 300-dən çox idmançının iştirak etdiyi bu turnirdən tam bir medal dəstini qazanıblar.

Belə ki, 11-12 yaşlılar arasında Ammar 1-ciliyi əldən verməyib. 13-14 yaşlı gimnastlar arasında da təmsilçilərimiz – Maqsud və Hüseyn müvafiq olaraq 1 və 2-ci yerləri öz aralarında bölüşdürüblər.


Böyüklər arasında çıxış edən gimnastımız Selcan da komanda yoldaşlarından geri qalmayıb. O, bu yarışda 3-cü olub.

Teqlər: