Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə”də və 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib.
“Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 4 aprel tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 439; 2014, № 10, maddə 1320; 2019, № 5, maddə 948; 2022, № 5, maddə 555) ilə təsdiq edilmiş 3 nömrəli əlavə – “Gəmilərin nəzarət yoxla-masına dair Əsasnamə”nin 3.4-cü bəndində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 2.7-ci bəndində “kütləvi informasiya vasitələrinin” sözləri “media” sözü ilə əvəz edilsin”, – qərarda qeyd olunub.