Gəlinini qətlə yetirən 88 yaşlı kişi də öldü

Gəlinini qətlə yetirən 88 yaşlı kişi də öldü

Bakıda ötən gün əvvəl gəlinini güllələyib öldürdükdən sonra intihara cəhd edən şəxs xəstəxanada ölüb.

AzerTimes Report-a istinadən xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd vətəndaş, 1935-ci il təvəllüdlü Yaşar Dadaşovun dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirildiyini bildirib.

“Mərkəzə daxil olarkən Y. Dadaşov koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Y. Dadaşov bu gün dünyasını dəyişib”, – R.Məmməd vurğulayıb.

Teqlər: