Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda gələn ilin ortalarından inflyasiyanın sürəti aşağı düşəcək.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
E.Rüstəmov bildirib ki, milli iqtisadiyyatda inflyasiyaya xarici təsirlər güclənib. O bildirib ki, inflyasiyanın sürətlənməsində xarici amillər mühüm rol oynayır:
“Mərkəzi Bankın hədəflərindən biri inflyasiya səviyyəsini sabit idarə etməkdir. Növbəti ilin ortalarından başlayaraq inflyasiyanın sürəti aşağı düşəcək. Qlobal inflyasiyanın səngiməsi onun milli inflyasiyaya təsirini də azaldacaq”, – Mərkəzi Bank sədri deyib.