Gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri üçün nəzərdə tutulan xərclər açıqlanıb.
AzerTimes xəbər verir ki, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq.
Xatırladaq ki, ümumilikdə gələn il dövlət büdcəsinin xərcləri 28 milyard 974 milyon manat proqnozlaşdırılır.