Gələn ilin dövlət büdcəsi nə qədər olacaq?

Gələn ilin dövlət büdcəsi nə qədər olacaq?

2023-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 32 939,4 milyon manat, xərclərinin isə 37 883 milyon manat olacağı gözlənilir.

AzerTimes bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Son nəticədə icmal büdcədə 4 943,6 milyon manat kəsir yaranacaq.

Bundan başqa, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 30 720,7 milyon manat, xərclərinin isə 33 300 milyon manat olacağı gözlənilir. Bunlar 2022-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,2% və 3,1% çoxdur.

Son nəticədə dövlət büdcəsində 2 579,3 milyon manat kəsir yaranacaq.

Teqlər: