Gələn ilin büdcə layihəsi NK-ya təqdim olundu

Gələn ilin büdcə layihəsi NK-ya təqdim olundu

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, bu addım “Büdcə sistemi haqqında” qanuna və “2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli sərəncamına uyğun olaraq atılıb.

Teqlər: