Xəbər - Samir Əli – Trend:
Gələn ildən etibarən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər.
AzerTimes-ın məlumatına görə, bu barədə “YAŞAT” Fondunun 1 illiyi ilə əlaqədar keçirilən mətbuat konfransında Diaspora iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
O qeyd edib ki, bununla bağlı YTB ilə birgə proqram hazırlanır və yaxın vaxtlarda elan olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb.
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.
Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.