Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncamı yeni sosial paketin təqdim olunması anlamına gəlir. Bu sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı onların alıcılıq qabiliyyətinin yüksəlməsinə imkan verəcək.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputat bildirib ki, dövlət büdcəsinin ilkin göstəricilərində də əmək haqqı və pensiyaların artırılması nəzərdə tutulmuşdu: “Prezidetin sərəncamına uyğun olaraq Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsi layihəsində bu tapşırıqları nəzərə almaq barədə qərar qəbul edib:
“Bu ondan xəbər verir ki, biz artıq gələn il əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərində daha yüksək faizli artımlar müşahidə edəcəyik. Bu artımlar eyni zamanda vətəndaşlarımızın alıcılıq qabiliyyətinin yüksəlməsinə təsir göstərəck. Eyni zamanda gözlənilir ki, vaksinasiya nəticəsində 2022-ci ildə pandemiya yumşala bilər.
Ona görə 2022-ci ildə həm vətəndaşların alıcılıq qabiliyyətinin artması, həm də pandemiyada yumşalmalar nəticəsində turizm daxil olmaqla ictimai iaşə və xidmət sektorunda da canlanma olacağını proqnozlaşırırıq”.
Qeyd edək ki, oktyabrın 16-da Prezident İlham Əliyev Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Twitter: @ElchinMehdiyev