Böyük Britaniya 2024-cü ildə də Ukraynaya yardımları davam etdirəcək. Yardımın həcmi ötən illərlə müqayisədə az olmayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
“2024-cü il üçün nə qədər vəsaitin ayrılacağı ilə bağlı rəqəmlərim yoxdur. Sadəcə onu deyə bilərəm ki, biz Ukraynaya eyni səviyyədə, hətta etdiyimizdən daha çox dəstəyi davam etdirməyə tam qərarlıyıq”, – deyə XİN rəhbəri bildirib.