Gələn il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Trend xəbər verir ki, qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Teqlər: