Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri…

Gələn il üçün dövlət büdcəsinin gəlirləri və xərcləri…

2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.

AzerTimes xəbər verir ki, bu, Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu, 2024-cü ilə nisbətən 5,3% çoxdur.

Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Teqlər: