Gələn il Sumqayıt və Gəncədə DOST mərkəzinin açılışı nəzərdə tutulur

Xəbər - İlhamə İsabalayeva – Trend:

Sumqayıtda DOST mərkəzinin açılışı ilə bağlı layihələndirmə işlərinə başlanılıb.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə Heyətinin sədri Fərid Məmmədov deyib.

Onun sözlərinə görə, 2022-ci ilin ikinci yarısında Sumqayıtda da DOST mərkəzinin açılması nəzərdə tutulur:

“2022-ci ildə Gəncədə də DOST mərkəzinin açılması planlaşdırılır. Bununla yanaşı, yaxın 1-2 il ərzində, Sabirabad, Quba, Bərdə, Masallı rayonunda DOST mərkəzinin təşkili ilə bağlı işlərə start verilib”.

Teqlər: