Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyanın “Red Wings Airlines” aviaşirkəti 2022-ci ildə Yekaterinburqdan Bakıya reyslər həyata keçirməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu şirkətin baş direktoru Yevgeni Klyuçaryov deyib.
Onun sözlərinə görə, şirkət gələn il 30 beynəlxalq və regional istiqamətdə uçuşlar reallaşdırmağı hədəfləyib.
Qeyd edək ki, 2021-ci ildə “Red Wings Airlines” şirkətinə Saratov, Nijni Novqorod, Mineralnıe Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakıya uçuşlar üçün lisenziya verilib.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)