Gələn il orta aylıq əmək haqqının 807 manata çatacağı gözlənilir – Musa Quliyev

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda bu il orta aylıq əmək haqqının 742 manata, növbəti ildə isə 807 manata çatacağı gözlənilir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

M.Quliyev bildirib ki, fonda ayrılan vəsaitin 96.7 faizini əhaliyə ödənişər təşkil edəcək: “Bu isə 5.2 faiz çoxdur. Əmək pensiyalarının orta aylıq məbləğinin 2021-ci ildə 331 manat, 2022-ci ildə isə 345 manat olacağı proqnozlaşdırılır”, – deyə M.Quliyev bildirib.

Teqlər: