Gələn il neft 40 dollara düşəcək, əgər… – Qloysteyn

Gələn il neft 40 dollara düşəcək, əgər… – Qloysteyn

Neft bazarında uzun müddətdir narahatlıq var. Əgər OPEK hasilatı məhdudlaşdıran razılaşma əldə etməzsə, qiymətlərin 30-40 dollara qədər düşməsi mümkündür.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, bunu enerji analizi üzrə ekspert Tom Kloza deyib.

“Uzun illərdir ki, OPEK-in bazar payında əhəmiyyətli azalma müşahidə olunur”, – ekspert əlavə edib.

Budan başqa, “Eurasia Group” konsaltinq firmasının eksperti Henninq Qloysteyn də neft qiymətlərinin kəskin şəkildə düşəcəyini iddia edib:

“OPEK+ 2025-ci ildə tədarük ixtisarını tamamilə aradan qaldırsa, neftə tələbat yetərincə artmayacaq və qiymətlər 40 dollara düşə bilər”.

Teqlər: