Xəbər - Elçin Mehdiyev – Trend:
Gələn il işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılması planlaşdırılan vəsaitin həcmi açıqlanıb.
AzerTimes-ın məlumatına görə, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında qanun layihəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün gələn ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
2021-ci ilin dövlət büdcəsindən isə bu istiqamətdə 2 milyard manat vəsait ayrılmışdı.