Gələn il iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır

Strateji Yol Xəritələrinin uğurlu icrası nəticəsində 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artımı təmin etmək məqsədinin əsası qoyulub.

Trend xəbər verir ki, bu barədə Milli Məclisdə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin 2017-2020-ci illər üzrə monitorinq və qiymətləndirmə hesabatı müzakirəsi zamanı məlumat verilib.

Bildirilib ki, bu il ölkədə ÜDM-in real artımı 5,1 faiz, o cümlədən qeyri-neft ÜDM-in artımı 6,0 faiz, gələn il isə iqtisadi artımın 3,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

Həmçinin qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından bu il 260 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür. Hal-hazırda 2022-2026-cı illər üzrə ölkənin sosial-iqtisadi inkişaf strategiyası və tədbirlər Planı Hökumət tərəfindən hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Teqlər: