Gələn il icbari tibbi sığorta üzrə 1 milyarddan çox vəsait ayrılması nəzərdə tutulur – Nazir

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Gələn il icbari tibbi sığorta üzrə 1 milyard 125 milyon 700 min manat vəsaitin ayrılması nəzərdə tutulur.

AzerTimes-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı işlər aparılır və müvafiq qərar qəbul ediləcək.


Nazir əlavə edib ki, səhiyyə xərcləri ildən-ilə artır. “Son 5 ildə Azərbaycanda səhiyyə xərcləri 2.5 dəfəyə qədər artıb ki, bu da yüksək göstəricidir. Bu istiqamətdə işlər davam etdiriləcək. Biz imkanlarımızı obyektiv şəkildə qiymətləndirməliyik. Biz artan xərclərimizin maliyyə təminatı haqqında da suallara cavab tapmalıyıq” – deyə, nazir bildirib.

Teqlər: