Gələn il DSMF-nin xərcləri çox olacaq – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

Növbəti il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri gəlirlərinə bərabər olacaq və 2021-ci ildəkindən 3,1 faiz çox olacaq.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin bu gün keçirilən iclasında DSMF-nin büdcəsinin müzakirəsi zamanı deyib.

A.Kərimov bildirib ki, DSMF-nin 2022-ci il üçün gəlirlərinin 78 %-i məcburi dövlət sosial sığorta yığımları üzrə formalaşacaq.

O əlavə edib ki, DSMF əleyhinə yekunlaşmış məhkəmə qərarlarının sayında 96 faiz azalma müşahidə edilib:

“Bütün ölkə üzrə fərdi uçot tam şəkildə mərkəzləşdirilib. Bu proses çərçivəsində benifisiarları bilinməyən 1,1 milyard vəsait aşkar olunaraq konkret şəxslərin hesabına köçürülüb. Hazırda ünvanlı sosial yardım üzrə maddi məişət şəraitinin yoxlanılması və ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi üzrə iş aparılır”,- deyə A.Kərimov qeyd edib.

Teqlər: