Xəbər - Elçin Mehdiyev – Trend:
2022-ci ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün ayrılan vəsaitin həcminin artırılması növbəti il Bakıda mənzil qiymətlərinin stabilləşməsinə təsir göstərə bilər.
Bunu AzerTimes-a “MBA Group” konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov.
N.İbrahimov bildirib ki, gələn il həm Bakıda, həm də digər şəhərlərdə sosial mənzillərin tikintisi davamm edəcək:
“Dövlət büdcəsindən vəsaitin artırılması daha çox insanın güzəştli şərtlərlə mənzilə sahib olmasına imkan verəcək ki, bu da mənzil bazarında qiymətlərin stabilləşməsinə şərait yaracadaq”, – deyə ekspert bildirib.
Qeyd edək ki, əhalinin mənzillə təminatını yaxşılaşdırmaq məqsədilə ipoteka layihələrini maliyyələşdirmək üçün 2022-ci ilin dövlət büdcəsindən 95 milyon manat və ya cari illə müqayisədə 34 faiz çox vəsaitin ayrılması nəzərdə tutulur.