Xəbər - Sədrəddin Ağcayev – Trend:
2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirlərinin 54,8 faizi və ya 14,69 milyard manatı neft sektorunun, 45,2 faizi və ya 12,126 milyard manatı isə qeyri-neft sektorunun payına düşə bilər.
Trend-in məlumatına görə, bu barədə 2022-ci il Azərbaycan dövlət büdcəsi layihəsində deyilir.
Proqnozlara əsasən, gələn il neft sektoru üzrə gəlirlər 2021-ci illə müqayisədə 6,6 faiz, qeyri-neft sektoru üzrə gəlirlər isə 4,1 faiz artacaq.
Qeyd edək ki, 2021-ci il üzrə neft sektorunda cari göstəricilər artıq proqnozu 2,1 faiz üstələyir, qeyri-neft sektorunda isə 3,8 faiz azdır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)