Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycanın neft-qaz sektoru tədricən bərpasını davam etdirəcək.
Trend bu barədə “Fitch Solutions” şirkətinin hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, Azərbaycanın neft-qaz sektoru 2020-ci ilə COVID-19 pandemiyasının səbəb olduğu neft qiymətlərinin azalması ilə əlaqədar zərər çəkib:
“Ötən il neft qiymətləri orta hesabla 33 faiz azalıb və bu, Azərbaycanda sutkalıq hasilatın azalması ilə üst-üstə düşüb. Hasilatın azalması OPEC+ sazişinə uyğun olub. 2020-ci ilin sonunda hasilat məhdudiyyətlərinin tədricən yumşaldılması ilə Azərbaycanda hasilat artmağa başlayıb”.
Şirkət bildirir ki, 2020-ci ildəki 43 dollar/barellə müqayisədə 2021-ci ilin yekunlarına görə, neftin 70 dollar/barel, 2022-ci ildə isə 67 dollar/barel səviyyəsində gözlənilməsi nəzərə alınarsa, Azərbaycanın neft-qaz sektoru, böyk ehtimalla, 2022-ci ildə bərpa yolunu davam etdirəcək.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)