Gələn il Azərbaycan daha iki ölkəyə qaz satacaq

Gələn il Azərbaycan daha iki ölkəyə qaz satacaq

2024-cü ildə Azərbaycan Avropanın daha iki ölkəsinə qaz ixrac edəcək.

Bunu AzerTimes-a Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib.

Ekspertin sözlərinə görə, 2024-cü ildə Azərbaycanda qaz hasilatı artacaq:

“Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində hasil edilib. Cari ildə bu yataqdan 700 milyon m³ qaz çıxarılıb. 2024-cü ildə isə 2 dəfə çox – 1,5 milyard m³ qaz hasil olunacaq. Bundan başqa, “Ümid” yatağından cari ildə 2 milyard m³ qaz hasil edilmişdisə, 2024-cü ildə bu yataqdan 2,4 milyard m³ qaz çıxarılacaq”.

Eskpert bildirib ki, qaz hasiltanın artması bu sahə üzrə ixracatın coğrafiyasını da genişləndirəcək:

“2024-cü ildə Avropanın daha iki ölkəsi – Macarıstan və Serbiya Azərbaycandan stabil qaz alışını həyata keçirəcək”.

Teqlər: