Gələn həftədən bir sıra bankların “Apple Pay”i işə salması gözlənilir – Mərkəzi Bankın baş direktoru

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan bankları “Apple Pay” ödəniş sistemini fəal şəkildə sınaqdan keçirir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bir sıra banklar bu prosesdə fəal iştirak edir:

“Təmassız ödənişdən həm debet, həm də kredit kartları ilə yararlanmaq olar. Artıq gələn həftə bir sıra banklar tərəfindən “Apple Pay”in işə salınması gözlənilir”.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: