Xəbər - Samir Əli – Trend:
Azərbaycan yanvar ayından vaksinasiyaya başlayıb və proses davam edir.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, 500 mindən artıq şəxs vaksin olunub: “Hazırda 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunur. Gələn həftədən başlayaraq, 40 yaşdan yuxarı vətəndaşların da vaksinasiyası başlanacaq. Əsasən, Bakı, Sumqayıt və Abşeron ərazisində vaksinasiya aparılacaq. Sonra bu, tədricən digər rayonlarda da həyata keçiriləcək”.