Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) Birgə Komissiyasının bazar ertəsi toplantısı nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında deyilir.
Qeyd olunur ki, Komissiyanın iclasında ABŞ-ın İrana qarşı qeyri-qanuni sanksiyalarının aradan qaldırılması yolları müzakirə olunacaq
Birgə Komissiyanın iclası Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Enrike Moranın sədrliyi altında keçəcəyi bildirilir.
Həmçinin, ABŞ-ın 2015-ci il İran nüvə sazişinə qayıtması imkanlarını və razılaşmanın bütün tərəflərlə tam şəkildə həyata keçirilməsinin təmin edilməsi yollarını müzakirə olunacaq.