Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın gələn həftə görüşü gözlənilir.
Bu barədə Trend Rusiyanın “Rossiya-1” telekanalına istinadən məlumat verir.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, həmin görüşün videokonfrans formatında keçirilməsi nəzərdə tutulur.