Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır

Xəbər - Elçin Mehdiyev – Trend:

Gələn həftə Milli Məclisin yaz sessiyası başa çatır.

AzerTimes-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Parlamentin yaz sessiyasının sonuncu iclasının isə mayın 31-də keçirilməsi nəzərdə tutulur.

Lakin, yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılması gözlənilir. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.

Teqlər: