Hələ heç nə bitməyib.
AzerTimes xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Abdulla Zubir UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində doğma meydanda Bolqarıstanın “Ludoqorets” klubuna 2:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, pley-off mərhələsinə vəsiqə qazanacaqlarına inandığını bildirib:
“Təəssüf ki, Bakıda məğlub olduq. Bu, futboldur, istənilən nəticə ola bilir. Bununla razılaşmalıyıq. Gələn həftə bəxtimiz gətirəcək və daha çox qol vuracağıq”.
Yarımmüdafiəçi hakim idarəçiliyindən razı qalmadığını söyləyib:
“Bəzi epizodlarda bizə daha çox sarı vərəqə göstərilirdi. Ancaq bu barədə danışmaq istəmirəm. Bütün fikrimizi cavab matçına kökləmişik”.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.