Qarşıdan gələn tətil günlərində paytaxtda nəqliyyat
intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən 22-27 mart tarixlərində
bir-neçə küçə və prospektdə təmir işlərinin aparılması nəzərdə
tutulur.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, Təmir işləri aşağıda qeyd olunan küçə və
prospektlərin müəyyən hissələrində aparılacaq.
Sürücülərdən sözügedən küçə və prospektdə aparılacaq təmir
işlərinə anlayışla yanaşmaları, qeyd olunan tarixlərdə təmir
işlərinin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları
və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
22-27 mart 2022-ci il tarixlərində təmir işlərinin aparılması
nəzərdə tutulan küçələrin siyahısı:
1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə
qədər);
2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov
küçəsinə qədər);
3 A. Salamzadə küçəsi (“Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə
qədər – 3 yerdə);
4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20
Yanvar dairəsi”nə qədər);
6 Ziya Bünyadov prospekti (“Azadlıq” körpüsünün üstü – 3
yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən “20 Yanvar
dairəsi”nə qədər);
8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə
qədər);
9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən “Santral”
mağazaya qədər olan hissə – 6 yerdə);
10 Ziya Bünyadov prospekti (“Santral” mağazanın qarşısında yan
yollar);
11 Şəhər şossesi (Zabrat yolu);
12 “Koroğlu” körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl
Əliyev küçəsi istiqamətində);
13 Bakı Dairəvi I yolu (“Binə” ticarət mərkəzindən Biləcəri
istiqamətində);
14 Heydər Əliyev prospekti – Mərdəkan – Bilgəh avtomobil yolunun
rənglənməsi;
15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16 Salyan şossesi (Arif İsmayılov küçəsindən “20 sahə dairəsi”nə
qədər).