Gələn həftə Azərbaycan və Türkiyənin hakim partiyaları arasında iclas keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

Oktyabrın 25-də Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Partiya) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında videokonfrans formatında iclas keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən dəyirmi masada deyib.

O bildirib ki, müzkairə mövzusu Vətən müharibəsində əldə edilən qələbə və bölgədə yaranan yeni reallıqlardır: “Burada iştirak edən hər kəsi həmin videokonfrans formatında iclasa qoşulmağa dəvət edirəm”.

T.Budaqov bildirib ki, qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb: “Regionda türk dövlətləri ilə ikitərəfli əlaqələrin formalaşması istiqamətində mühüm addımlar atılacaq. Çin tərəfi diplomatik kanallar vasitəsilə bizimlə videokonfrans formatında görüşmək istəyir”.

Teqlər: