Gələn aydan Müdafiə Nazirliyi üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla bilər – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Mart ayının ilk yarısından Müdafiə Nazirliyinin verəcəyi siyahı
üzrə də “Müharibə veteranı” təqaüdünün verilməsinə başlanıla
bilər.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, statusun hansı dövrdə təsdiq olunmasına
baxmayaraq, şəxslərə təqaüd yanvardan hesablanır.


“Bu ay ərzində Müdafiə Nazirliyi üzrə şəxslərin siyahısının
verilməsini gözləyirik. Yeganə qalan qurum onlardır və ən çox
kontingent də həmin qurumdadır”, – deyə S.Babayev əlavə edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
“Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq
təqaüdünü (80 manat) təyin edir. İndiyə qədər altı qurum üzrə “Müharibə veteranı” statusu təyin edilib. Onlara aylıq təqaüdün
verilməsinə başlanılıb.

Teqlər: