Gələn ay Ukrayna Krıma girir, 5 ay sonra isə…

Gələn ay Ukrayna Krıma girir, 5 ay sonra isə…

Ukrayna qüvvələri dekabr ayının sonuna kimi müvəqqəti işğal olunmuş Krıma daxil ola bilər, yaza qədər isə müharibə başa çatacaq.

AzerTimes xəbər verir ki, bu proqnozu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov səsləndirib.

O, Rusiyadan nüvə zərbəsi endirilməsi ehtimalını aşağı hesab edir: “Bəli, bu, çox ağır dram olardı, lakin Ukraynanın işğalçılara müqavimət göstərməsinə mane olmayacaq”.

Kremllə sülh danışıqlarının perspektivinə gəlincə, nazir müavininə görə, bu məsələ yalnız Rusiya qoşunlarının Krım da daxil olmaqla, bütün Ukraynanı tərk etməyə hazır olduğunu bəyan etməsindən sonra mümkündür.

Xersonun azad edilməsinin Krımın qaytarılması kimi başqa hədəfləri özü ilə bərabər gətirməsi barədə suala Qavrilov belə cavab verib: “Bu, sadəcə zaman məsələsidir və təbii ki, biz bunu tez həyata keçirmək istərdik”.

Qavrilov qeyd edib ki, ruslar yenidən toplanmaq üçün müharibəyə fasilə verməkdə maraqlıdırlar: “Ona görə də bizim dayanmağa haqqımız yoxdur. Biz irəli getməliyik”.

Müharibənin başa çatmasına gəlincə, Ukrayna rəsmisinin fikrincə, Rusiya cəbhəyə əlavə qüvvələr gətirə bilsə, uzunmüddətli döyüşə hazırlaşmaq lazım olacaq: “Əlbəttə, bu halda müharibə bir qədər vaxt aparacaq. Amma hiss edirəm ki, yazın sonuna qədər savaş başa çatacaq”.

Teqlər: