Gələn ay subsidiyalarla bağlı auditlərin keçirilməsi planlaşdırılır

Gələn ay kənd təsərrüfatı üzrə fermerlərə verilən subsidiyalarla
bağlı auditlərin keçirilməsi planlaşdırılır.

AzerTimes-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar
Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti
haqqında hesabatın müzakirəsi zamanı deyib.

O həmçinin qeyd edib ki, dövlət xətti ilə kino çəkilişlərinə
ayrılan vəsaitlərlə bağlı auditlər yekunlaşmaq üzrədir.

V.Gülməmmədov əlavə edib ki, parlamentin komitəsində bu
məsələnin müzakirəsi planlaşdırılır.

Teqlər: