70-80 il bundan öncə insanoğlunun heç ağlına belə gələ bilməzdi ki, artıq 21-ci əsrdə ağıllı telefonlar, internet, kosmik gəmilər və s. kimi texnologiyalar insan tərəfindən yaradıla bilər. Reallıq ondan ibarətdir ki, bu texnologiyalardan artıq istifadə olunur. Lakin elə texnologiyalar var ki, biz onları yalnız fantastik filmlərdə görmüşük. Reallaşması qeyri mümkün görünən həmin texnologiyaların, 300-400 ildən sonra real olma ehtimalı çox yüksəkdir. Həmin maraqlı texnologiyaları sizlərə təqdim edirik:
Vizualizator:
Bir çox futuroloqların firkincə bu texnologiya, dünyanın media sahəsini başdan-ayağa dəyişmək qabiliyyətinə malikdir. Neyrokompüter interfeysi sayılan bu texnologiya, insan beynindəki canlandırılmış istənilən görüntünü monitorda əks etdirməyə qadirdir. Məsələn, beyninizdə hansısa okeanı canlandırırsınız və həmin görüntü monitorda əks olunur. Bu cür texnologiyanın olacağı inanılmaz görünsə də, artıq buna bənzər texnologiyanın yaradılması üzrə işlər gedir. Belə bir texnologiyanın yaranması, yaxın gələcəkdə görünməsə də, nə vaxtsa ixtira olunub satışa çıxmasından sonra sözügedən texnologiya vasitəsilə media məhsullarının istehsal üsulları tamamilə dəyişəcək. Məsələn, musiqiçilər musiqi bəstələmək üçün çətin kopüter tətbiqlərindən azad olacaqlar. Beyində musiqini canlandırmaq kifayət edəcək ki, həmin bəstələnmiş musiqi, monitorda əks olunsun. Film şirkətləri, film istehsalına xərclənən vəsaitlərdən imtina edəcəklər. Belə ki, istənilən insan öz evində bir neçə gün ərzində istənilən tərzdə film yarada biləcək. Bu texnologiyanın köməyi ilə “The Lord of the Rings” səviyyəsində bir film yaratmaq üçün 2-3 gün vaxt tələb olunacaq. Bundan əlavə olaraq vizualizatordan, yuxuların yaddaşa yazılması üçün də istifadə etmək olardı.
Təsəvvür edin ki, səhər tezdən yuxudan oyanmısınız və gecə yuxuda nə gördüyünüzü monitorda izləyirsiniz. Əgər bu texnologiya kütləvi şəkildə istehsal olunsa və nəzərə alsaq ki, hər şeyin qiyməti gec-tez aşağı düşür, həmin vaxt media sahəsində əsl inqilab baş verəcək. Bir çox insanlar, yaratdıqları müxtəlif videoları, YouTube və digər videoservislərə yükləyə biləcəklər. Bütün bunlara baxmayaraq bir problem ortaya çıxır. İnsan, beynində hansısa videonu tam şəkildə deyil, sadəcə onun kiçik səhnələrini canlandıra bilir. Lakin vizualizatorun müsbət cəhətlərindən biri də odur ki, istifadəçi, görüntünün monitorda əks olunduğu zaman, çatışmayan detalları redaktə edərək, görüntüyə əlavə edə biləcək. Təbii ki, bu xüsusiyyətlər üçün güclü kompüter və digər avadanlıqlar lazım olacaq. Yaranan problemlərdən biri də odur ki, insan nə qədər çalışsa da, hərəkət edən obyektlərin ideal animasiyasına nail ola bilməz. Bu zaman bizim köməyimizə süni zəka gələcək. Süni zəka özü avtomatik olaraq sizə lazım olan yüksək keyfiyyətli animasiyanı seçəcək. Qeyd edək ki, söhbət, məhz 200 ildən sonrakı dövrü əhatə edir. Həmin vaxtda həm güclü kompüterlər, həmdə süni zəka olacaq.
Nano assembler:
Bir çoxlarının fərziyyələrinə görə bu texnologiyanın köməkliyi ilə insanlar, resurs çatışmazlığı probleminin qarşısını alacaqlar. Alimlərin firkrincə gələcəkdə bir əşyanı atomlara parçalayıb, həmin atomlardan digər bir şya yaradan cihaz ixtira olunacaq. Onlar bu cihazı nano assembler adlandırırlar. Təsəvvür edin ki, həmin cihaza bir daş parçası qoyub, onu atomlara parçalayırsınız. Daha sonra cihaz, həmin parçalanmış atomlardan alma yaradır. Bu necə mümkündür? Məsələ orasındadır ki, alma və daş parçası, digər materiallardan atom səviyyəsində bir-birilərindən fərqlənmirlər. Onların hamısı protonlardan, neytronlardan və elektronlardan ibarətdir. Əgər bütün bu hissəcikləri birləşdirməyi bacaran cihaz yaradılsa, onda istənilən hər şey istehsal oluna bilər. Bir çoxları deyə bilər ki, belə bir şey mümkün olmamaqla yanaşı, həmdə fiziki qanunlara ziddir. Lakin bu yanlış fikirdir. Maddələri molekullara ayırıb, onları yenidən birləşdirməyi bacaran bir mexanizm artıq mövcuddur. Söhbət, ribasomadan gedir. Əgər təbiət, nano assemblerə bənzər bu cür mexanizmi yarada bilibsə, deməli insan da gələcəkdə bu cür texnologiyanı yarada bilər. Ən maraqlısı isə odur ki, həmin texnologiyanı elə proqramlaşdırmaq olar ki, o öz bənzərini yaratsın. Bu isə nano assmeblerin istehsalatını tamamilə pulsuz edə bilər. Çox güman ki, nano assemblerin ilk versiyası, ribasoma kimi yalnız molekullarla işləyəcək. Daha sonra cihaz, ayrı-ayrı atomlardan molekul yığa biləcək.
Artıq inkişafın yüksək səviyyəsində isə cihaz, neytronlardan və protonlardan atom yığa biləcək. Beləliklə sözügedən texnologiya, planetimizə çox böyük xeyr verəcək. Məsələn, dünyada olan aclıq problemi tamamilə aradan qalxacaq. Yeyinti məhsullarının becərildiyi böyük tarlalara ehtiyac qalmayacaq. Onların yerinə həmin ərazilərdə yaşayış məntəqələri tikilə bilər. İnsanlar nəhayət ət və kürk ehtiyaclarını ödəmək üçün heyvanları öldürməyəcəklər. Təbii qazıntıların aparılması öz mənasını itirəcək. Fabriklər və zavodlar bağlanacaq. Milyonlarla insanlar işsiz qalacaq. Lakin nano assemblerin hesabına onlar aclığa düçar olmayacaqlar. Bu texnologiyanın yaradılması ilə pulun, həyatımızdakı rolu kəskin şəkildə azalacaq. Belə ki, çox nadir məhsulları pul ilə internet vasitəilə almaq mümkün olacaq. Məsələn, təsəvvür edin ki, ıPhone-nun yeni modeli satışa çıxır. Yeni modeli, nano assemblerdə yaratmaq üçün siz, internet vasitəsilə pulnan həmin model üçün nəzərdə tutulmuş xüsusi alqoritm şifrəsini alırsınız. Daha sonra həmin alqoritm şifrəsini, cihaza proqramlaşdıraraq yeni model iPhone əldə edirsiniz. Yəni, artıq mağazalara gedib uzun növbələrdə gözləməyə ehtiyac qalmayacaq. Lakin pulun olmamağı, insanların hər hansısa bir sahədə inkişaf etmələri stimuluna son qoyur. Məsələ ondadır ki, əgər gəlir yoxdursa, insa nəyə görə çalışmağa davam etsin?
Nanorobotlar:
Növbəti texnologiya, insanların yaşam müddətlərini uzatmaqla yanaşı, onların immunitetlərini istənilən xəstəliyə qarşı dözümlü etməyə yardımçı olacaq. Söhbət, nanorobotlardan gedir. İnsan orqanizminə yeridilmiş milyonlarla nanorobot, fasiləsiz şəkildə orqanizmdə yaranmış problemləri aradan qaldıraraq insan həyatının sağlam olmasına nail ola bilər. Məsələn, istənilən virusların məhv edilməsi, insan bədəninin regenerasiyasının sürətləndirilməsi və s. Nanorobotlar, alimlər tərəfindən artıq yaradılır. Güman olunur ki, nanorobotların ilkin versiyaları, növbəti onillikdə istifadəyə veriləcək. Təbii ki, ilk versiyaların işi, yalnız dərman vasitələrinin, orqanizmin müəyyən hissələrinə çatdırmaq olacaq. Lakin biz yüksək inkişaf etmiş nanorobotlardan danışırıq. Hansılar ki, özlərində nano assemblerin xüsusiyyətini daşıyacaqlar. Bu cür texnologiya çox güman ki, 100 ildən sonra və ya bəlkə də daha tez ixtira olunacaq. Lakin bu ixtira reallaşandan sonra bzim həyatımız kəskin şəkildə rahatlaşacaq. Tibbin indiki nailiyyətlərinə baxmayaraq, minlərlə insan müxtəlif virusların nəticəsində öz həyatlarını itirir. Məsələn, əvvəllər adi xəstəlik kimi qəbul olunmuş qrip, tez-tez inkişaf edir. Ona qarşı hər il yaradılan dərman vasitələri isə xəstəliyin qarşısını ala bilmirlər. Təkcə qrip deyil, digər bakteriyalar da dərman vasitələrinə qarşı dözümlü olmağa başlayırlar. Məhz bu vaxtda nanorobotların bizlərə köməyi əvəzsiz olar. Ən güclü dərmana qarşı dözümlü olan virus və bakteriyaların, nanorobotlara qarşı dözümlü olmaları qeyri mümkündür. Ölümcül virusları məhv etməklə yanaşı, nanorobotlar, bədənin hər-hansı səbəbdən itirilmiş müəyyən hissəsini bərpa etməyə qadir ola bilər.
Lakin bu texnologiyanın, insanlara bəxş edə biləcəyi ən müsbət cəhət, ömürlük cavan qalmaq xüsusiyyəti ola bilər. Təsəvvür edin ki, sizin 200 yaşınız var, lakin siz, 20 yaşlı insan görünüşünə sahibsiniz. Bir də fərz edin ki, nanorobotlar, DNT istehsalına malikdirlər. Bu zaman insan, radiasiyaya daha dözümlü olacaq. Ankoloji və genetik xəstəliklər geridə qalacaq. Biri var orta statistik insanın yaşama dövrü 70 ildir, biri də var 1000 il. Bu zaman kosmosun müşahidə olunmasında böyük inqilab olacaq. Ən zəif və yaxud ən güclü qravitasiya qüvvəsi, insan orqanizminə təsir göstərməyəcək. Beləliklə insanlar digər qalaktikalara səyahət edə biləcəklər. Səyahət müddəti minlərlə il olsa belə. Bütün bu müsbət cəhətlərdən əlavə, sözügedən texnologiyanın mənfi cəhəti də var. Bu mənfi cəhət, bir nanorobotun özünə bənzər digər nanorobotları sonsuz sayda istehsal etməsidir. İstehsal materialı kimi isə istənilən maddələrin atomları ola bilər. Təsəvvür edək ki, bir nanorobot, digərini 1000 saniyə ərzində istehsal edir. Daha sonra iki nanorobot, digərini 1000 saniyə ərzində istehsal edir. İstehsal prosesi belə davam etsə, artıq 10 saatdan sonra nanorobotların sayı 68 milyarda çatacaq. 24 saat sonra isə onların kütlələri 1 tona yaxın olacaq. Heç kim tərəfindən nəzarət edilməyən və özünü istehsal edən nanorobotlar, planetin bütün maddələrini məhv edə bilər. İki gündən sonra onların kütlələri, Yer kürəsinin kütləsindən böyük olacaq. Daha 4 saat sonra onların kütlələri, Günəşdən və sistemimizdə olan bütün planetlərin kütlələrindən böyük olacaq. Bunun qarşısını almaq üçün insanlar, qoruyucu sistem yaratmalıdırlar ki, bu cür hadisə baş verən zaman, nanorobotları deaktiv etmək mümkün olsun. Bütün bunlara baxmayaraq alimlər bu cür təhlükənin şişirdilmiş olduğunu düşünürlər.