Gedən ermənilər təzminat tələb edərsə, cavabı bu olacaq

Gedən ermənilər təzminat tələb edərsə, cavabı bu olacaq

Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin getməsi üçün onlara heç bir təzyiq etmir. Seçimi onlara buraxıb.

Bu sözləri AzerTimes-a konfliktoloq Elman Vəliyev deyib.

O, Qarabağdan kütləvi şəkildə köçən ermənilərin sonradan bunu Azərbaycan əleyhinə istifadə edə biləcəyinə dair xəbərlərin mənasız iddia olduğunu bildirib:

“Hər hansı beynəlxalq quruma, ədalət məhkəməsinə müraciət etsələr belə, üstünlük əldə edə bilməzlər. Çünki hüquqi bir yanlışlıq yoxdur. Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisində konstitusional haqlarını bərpa etdi. “Ev-eşiyini” tərk edib İrəvana, yaxud başqa yerlərə gedən ermənilərin Qarabağda hər hansı mülkə iddia etməsi absurd olar. Əgər pul tələb edilərsə, onlara qarşı Azərbaycanın 30 ildə vurulmuş ziyanı tələb etmə haqqı var. Oradakı mülkün notariat təsdiqini “artsax” verirdi, amma indi elə bir məfhum qalmayıb. Ermənilərin beynəlxalq qurumları təhrik etməsi boş əsaslara dayanır və nəticəsi müsbət olmayacaq. Bunlara görə Azərbaycana sanksiya, embarqo tətbiq edilməyəcək”.

Teqlər: