Gədəbəydə baş verən son proseslər rayonun icra başçısı Orxan Mürsəlovu gündəmə çevirib.
AzerTimes xəbər verir ki, Orxan Çingiz oğlu Mürsəlov 1986-cı il iyulun 26-da Rusiyanın Bryansk şəhərində anadan olub.
2004-cü ildə Bakı şəhərindəki 95 saylı orta məktəbi, 2008-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. 2008-09-cu illərdə DSX-də xidmət keçib.
2010-2012-ci illərdə Dövlət İqtisad Universitetində biznesin idarəedilməsi – marketinq üzrə magistr təhsili alıb.
2010-cu ildən – 24 yaşından Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş və Ərazi-təşkilat məsələləri şöbələrində müxtəlif vəzifələrdə çalışıb.
2022-ci il 11 avqustdan Gədəbəy RİH-nin başçısıdır.
Rus və ingilis dillərini bilir.