Gədəbəyə qarla dolu yağdı, təsərrüfata ziyan dəydi

Gədəbəyə qarla dolu yağdı, təsərrüfata ziyan dəydi

Bu gün saat 17:00 radələrində Gədəbəy rayonuna qar və dolu yağmaga başlayıb.

Rayonun Soyuqbulaq kəndində təxminən 30 dəqiqə yağan dolu ətrafı ağ örpəyə bürüyüb.

Təbiət hadisəsi zamanı təxminən 100 hektar kartof sahəsi, arpa və meyvə ağaclarına ziyan dəyib. Fərdi evlər isə doludan elə də ziyan görməyib.

Qeyd edək ki, dünən axşamüstü radələrindən Qərb bölgəsində küləklə müşahidə edilən yağıntılı hava şəraiti hökm sürür.