Gədəbəydə yeni yaradılan 4 kartof sortunun əkininə başlanılıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Gədəbəydə müasir seleksiya yolu ilə yaradılan yeni kartof sortlarının nümayiş əkinləri həyata keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun alimləri tərəfindən müasir seleksiya yolu ilə yeni yaradılan Uğur, Çənlibel, Vaqif və Turan kartof sortlarının Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində nümayiş əkinləri aparılıb. Nümayiş əkinində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutun mütəxəssisləri, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi, yerli icra hakimiyyətinin nümayəndələri və fermerlər iştirak edib.

Nümayiş əkini prosesində yeni sortların təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Yeni kartof sortlarının yerli şəraitə uyğunluğu, keyfiyyəti, məhsuldarlğı və nəzərdə tutulan tədbirlər barədə ətraflı müzakirələr aparılıb.


Bildirilib ki, bu dörd yeni sort həm dəmyə, həm də suvarılma şəraiti olan bölgələr üçün əlverişlidir. Eyni zamanda, əkin dövriyyəsində olan mövcud sortlardan məhsuldarlığı 30-40% daha çoxdur.

Twitter : GuleliyevSamir

Teqlər: