Xəbər - Çingiz Səfərli – Trend:
Gədəbəydə şadlıq saraylarının birində pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
Bu barədə AzerTimes-də Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Agentlik əməkdaşları tərəfindən Gədəbəy rayonunun Xar-Xar kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Məstan Tapdıq oğluna məxsus “Turan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.
Belə ki, müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu, həmçinin sıxlıq normalarının gözlənilmədiyi məlum olub.
Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.