Gədəbəydə qəza: sürücü öldü

Gədəbəydə qəza: sürücü öldü

Gədəbəy rayon Düzyurd kəndində “VAZ-2121” markalı avtomobil maneə çırpılıb, ölən və xəsarət alan var.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı, 1945-ci il təvəllüdlü Əmrah Göycə oğlu İsrafilov aldığı ağır xəsarətlərdən ölüb.

Avtomobildə sərnişini qismində olan həyat yoldaşı 1948-ci il təvəllüdlü Zərqələm İsrafilov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: